Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 130 min əlilliyi olan şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-noyabr aylarında 130 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərib.

Onlardan 72,2 min nəfərə ambulator, 30,6 min nəfərə stasionar və icma əsaslı, qalanlara isə səyyar və onlayn formada sosial-psixoloji və hippoterapiya xidmətləri təqdim olunub.

Agentlikdə ənənəvi üsullarla yanaşı, robotik reabilitasiya, sosial-psixoloji məşğələlər, yoqa, rəqs terapiyası və hippoterapiya kimi qabaqcıl dünya təcrübəsinə uyğun metodlar tətbiq edilir. Reabilitasiya xidmətləri həm stasionar, həm ambulator, həm də icma əsaslı və telereabilitasiya formatında əlilliyi olan şəxslərə çatdırılır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir