Dekabrın 13-də Az.TV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, sevilən və populyar müğənni Almaxanım Əhmədlinin Opera Studiyasında növbəti solo konserti keçirilib.Bu konsert sənətçinin vətəndə baş tutan sayca 5-ci solo çıxışı olub. Almaxanım Əhmədlini rəhbərlik etdiyi instrumental ansambl məharətlə müşayiət edib. Gecəni tanınmış aktyor və aparıcı Elnur Kərimov peşəkarlıqla idarə edib.

Anşlaqla keçən konsert proqramında müğənni öz repertuarı ilə yanaşı xalq və bəstəkar mahnılarını, həmçinin estrada nəğmələrini yüksək peşəkarlıq və orijinallıqla ifa edib. İfa olunan hər nömrə tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Konserti izləmək üçün ABŞ, İran, Rusiya, İsveç, Özbəkistan və digər ölkələrdən gələn çoxsaylı fanatlar da zalda yer alıblar. Gecə ərzində bir sıra mahnılar Almaxanım Əhmədli tərəfindən tamaşaçılarla birgə ifa olunub.

Tədbirdə Əməkdar artist Təyyar Bayramovun bəstələdiyi mahnı müəllifin özü ilə Almaxanım Əhmədlinin duetində səsləndirilib. Həmçinin Aydın Sani müğənni ilə ilk duetini məhz bu konsertdə tamaşaçılara təqdim edib.

Solo konsert musiqisevərlərin yaddaşında yaddaqalan sənət gecəsi kimi qalıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir