İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Olderdaysla görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin artan dinamika ilə inkişaf etdiyi qeyd olunub.
Tərəflər biznes və investisiya sahəsində mövcud əməkdaşlığın gücləndirilməsi, müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq imkanlarının geniş olduğu barədə fikir mübadiləsi aparıblar. Britaniyalı nümayəndəyə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qurduğu uğurlu əməkdaşlıq modeli haqqında məlumat verilib və yeni birgə təşəbbüslərin perspektivləri müzakirə edilib.
Görüşdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri də diqqət mərkəzində olub. Bu çərçivədə Birləşmiş Krallığın İxrac Maliyyəsi Departamenti (UKEF) ilə əməkdaşlıq, enerji keçidi layihələri, insan kapitalının inkişafı, Ələt Azad İqtisadi Zonası və sənaye parklarında mövcud investisiya imkanları dəyərləndirilib. Eyni zamanda biznes, ticarət, yüksək texnologiyalar və rəqəmsal transformasiya sahələrində birgə fəaliyyətin təşviqi müzakirə olunub.
Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

