ABŞ-ın vasitəçiliyi ilə aparılan İsrail–Suriya danışıqlarında gərginlik yenidən yüksəlib. Şam rəhbərliyi “İsrail işğal etdiyi ərazilərdən çıxmadan anlaşma olmaz” bəyanatı verib.Yenifikir.media bildirir ki,buna cavab olaraq İsrail Baş naziri Benyamin Netanyahu, Hermon Dağı, Colan təpələrinə yaxın tampon zona və digər strateji ərazilərdən çəkilməyəcəklərini bildirib. O, bu bölgələrin ölkənin təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.Netanyahu, bölgənin silahsızlaşdırılması və druz icmasının qorunması şərti ilə anlaşmanın mümkün ola biləcəyini də deyib.

Qeyd edək ki,Suriya isə mövqeyini dəyişmir və İsrailin geri çəkilməsi olmadan istənilən razılaşmanı rədd edir.Tərəflərin açıqlamaları danışıqlarda hələ də irəliləyiş olmadığını göstərir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir