Bir neçə gündür sosial şəbəkələrdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun 4 dekabrda Balıq Festivalında geyindiyi plaş gündəmin əsas mövzularından birinə çevrilib.Yenifikir.media yerli mediaya istinadən bildirir ki, sözügedən plaş “Hugo Boss Burberry” brendinə məxsusdur və təqribən 13 000 avro — 25 730 manat dəyərindədir. Onu da qeyd edək ki,Ajans.az məsələ ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin qaynar xətti (021-267-42-43) ilə əlaqə saxlayıb, lakin media qurumunun sualları cavabsız qalıb.

İcra başçısının bahalı plaşı ilə bağlı diqqət çəkən paylaşımlardan biri də detektiv yazıçı Müşfiq Abbasovun Facebook statusudur. Yenifikir.media həmin statusu olduğu kimi təqdim edir:

“Dünən bir məclisdə oturmuşdum. Adamlardan biri seyid idi. Söhbət zamanı digəri qayıtdı ki, ‘seyid, öz aramızdı, pulu yaman çox istəyirsən’. Seyid də qayıdıb dedi ki, ‘bütün seyidlər belədir’. İndi bilmirəm, bu Neftçala icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun necə əli gəlib 26 000 manatı bir plaşa verib geyinməyə. Özü də videoda plaşının baha olmasını aşkarca hiss etdirir, gah yaxasını düzəldir, gah da qolunu. Öz aramızdı, belə bir plaşı icra başçı geyinməyib kim geyinəcək ki? Balıq festivalına balıqçı paltarında gələsi deyildi ki? Amma nəzərə alaq ki, cavan oğlandır. Hələ onun saçına jile vuran vaxtlarıdır. Bu da cavan kadr, daha nə istəyirsiniz?”

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir