Azərbaycanda sosial xidmət sahəsində mühüm mərhələ qeyd edilib – DOST mərkəzlərində xidmət alan vətəndaşların sayı 4 milyona çatıb. Bu əlamətdar rəqəmin sahibi Xəzər rayon sakini Firuz Novruzov olub. O, 2 saylı Bakı DOST Mərkəzinə müraciət edib və ona müvafiq xidmət göstərilib.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev Firuz Novruzovla görüşərək onu bu simvolik göstəricinin qəhrəmanı olması münasibətilə təbrik edib.

Məlumata görə, 2019-cu ilin mayında Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan DOST Agentliyi bu illər ərzində geniş şəbəkəyə çevrilib. Hazırda 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST”, Şuşa filialı və Kəlbəcər ilə Füzuli DOST məntəqələri fəaliyyət göstərir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində 160-a yaxın sosial xidmət “bir pəncərə” prinsipi ilə daha operativ və şəffaf şəkildə təqdim olunur. Agentlik bildirir ki, vətəndaş məmnunluğu 98,6 faiz təşkil edir.

4 milyonuncu vətəndaş Firuz Novruzov isə müraciətinə operativ cavab verildiyini və göstərilən xidmətlərdən razı qaldığını deyib.

Bu hadisə DOST xidmət şəbəkəsinin ölkədə sosial xidmətlərin modernləşdirilməsi istiqamətində mühüm nailiyyətə çevrildiyini bir daha göstərir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir