Ukrayna Prezidenti Vladimir Zelenski sülh prosesini müzakirə etmək üçün Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula fon der Leyen, Aİ Şurasının Prezidenti Antonio Kosta və NATO Baş katibi Mark Rutte ilə görüşəcək.Aİ Komissiyasının baş sözçüsü Paula Pinyu brifinqdə bildirib ki, görüşün əsas mövzusu Ukraynada sülh prosesinin irəliləməsi olacaq. Onun sözlərinə görə, Zelenski ilə keçiriləcək müzakirələrdə dondurulmuş Rusiya vəsaitlərinin istifadəsi məsələsi də gündəmə gətiriləcək.
Pinyu qeyd edib ki, bu mövzuda danışıqların gələn həftə keçiriləcək Aİ Liderlər Sammitinə qədər davam etməsi gözlənilir. Sammitdə Ukraynanın 2026–2027-ci illər üzrə maliyyə ehtiyaclarının ödənilməsi ilə bağlı yekun qərarın qəbul ediləcəyi planlaşdırılır.NATO-nun açıqlamasına görə, görüş Baş katib Mark Rutte-nin rəsmi iqamətgahında baş tutacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

