Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Viktoriya Şeqayla görüş keçirilib.Görüşdə nazir müavini Hidayət Abdullayev Azərbaycan–Qazaxıstan münasibətlərinin xalqlarımızın ortaq tarixi və mədəni bağlarına söykəndiyini qeyd edib. O bildirib ki, iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dinamik şəkildə inkişaf edir.

Tərəflər əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın da genişləndiyini diqqətə çatdırıblar. Azərbaycanda son illər əmək və məşğulluq siyasətində aparılan islahatlar, DOST konsepsiyası, sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətlər qonağın diqqətinə təqdim olunub.

Viktoriya Şeqay sosial sahədə əlaqələrin daha da dərinləşməsinin Qazaxıstan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Görüşdə əmək, məşğulluq və sosial müdafiə üzrə gələcək birgə layihələr və əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir