ABŞ və Venesuela arasında Cənubi Amerika sahillərində narkotik və insan alveri iddiaları fonunda artan gərginlik fonunda, Prezident Nikolas Maduro ABŞ lideri Donald Trampla telefon danışığını təsdiqləyib.
Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki,ABŞ bölgəyə böyük hərbi qüvvələr göndərib, Maduro isə ölkədə geniş səfərbərlik elan edib.Maduro bildirib ki, söhbət qarşılıqlı hörmət şəraitində keçib:
“Əgər bu danışıq yeni, hörmətə əsaslanan dialoqun başlanğıcıdırsa, biz bunu alqışlayırıq. Sülh və dialoq imkanlarını axtarmaqdan vaz keçməyəcəyik.”
Qeyd edək ki,bu açıqlama iki ölkə arasında gərginliyin yumşala biləcəyinə işarə kimi qiymətləndirilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

