5 dekabr tarixində Altıağac Milli Parkında “Milli parkları yaxından tanıyaq” devizi ilə xüsusi “açıq qapı” günü keçiriləcək. Həmin gündə milli parkı ziyarət edən hər kəs üçün giriş ödənişsiz olacaq.
Xızı rayonunun inzibati ərazisində, dağlarla əhatə olunan Altıağac Milli Parkı sıx meşələri, çəmənlikləri və özünəməxsus təbiət rəngləri ilə seçilir. Park həm flora, həm də fauna zənginliyi ilə fərqlənir. Ərazidə Qafqaz vələsi, Qafqaz palıdı, Şərq fıstığı, adi göyrüş və ağcaqayın kimi ağac növləri sıx meşələr təşkil edir.
“Açıq qapı” günü çərçivəsində ziyarətçilər ekoturizm marşrutları boyunca hərəkət edərək milli parkın təbiəti ilə yaxından tanış ola biləcəklər. Həmçinin piyada gəzinti, piknik və fotoçəkiliş kimi ekoturizm imkanlarından da yararlanmaq mümkün olacaq.
Təbiətin rəngarəngliyini hiss etmək istəyən bütün təbiətsevərlər Altıağac Milli Parkına dəvət olunurlar.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

