İraq Kürdistan Demokrat Partiyasının (KDP) lideri Məsud Bərzani Şırnakın Cizrə rayonunda keçirilən “4-cü Beynəlxalq Melaye Ciziri Simpoziumu”na qatılmaq üçün Türkiyəyə gəlib.
Yenifikir.media bildirir ki,Bərzani Türkiyəyə Silopi rayonundakı Habur Sərhəd Qapısından daxil olub. Onu Şırnak Valisi, Silopi Qaymaqamı və digər rəsmi şəxslər qarşılayıb.
Bərzaninin iştirak etdiyi simpozium Valilik, Şırnak Universiteti və Cizrə Qaymaqamlığının təşkilatçılığı ilə bir oteldə keçiriləcək.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

