Moldova parlamenti baş nazirliyə namizəd Aleksandr Muntyanunun təqdim etdiyi hökumət tərkibini və proqramını təsdiqləyib.

Hökumətə etimad yalnız prezident Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) tərəfindən dəstəklənib. Bütün müxalifət partiyaları isə qərarın əleyhinə səs verib.

Aleksandr Muntyanu bəyan edib ki, əgər Moldova 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük sazişini imzalamasa, istefa verəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Moldovanı təbrik edərək bildirib ki, Avropa İttifaqının qapıları ölkə üçün açıqdır.

Qeyd edək ki,qərarın lehinə 55 deputat səs verib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir