8 Noyabr Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən biridir. Bu gün biz illərin həsrətinə, nəsillərin arzusuna çevrilmiş torpaqlarımızın azadlığına qovuşduğumuz gündür. Bu gün bir xalqın iradəsi, inamı və birliyi nəticəsində yazılmış Zəfər dastanıdır.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü, dövlətimizin əzmini bütün dünyaya göstərdi. O günlərdə hər kəs – əsgər, zabit, həkim, könüllü, analar, bacılar – bir amal uğrunda birləşdi: Vətənin azadlığı!

Bu qələbə təkcə hərbi uğur deyil, həm də xalqımızın mənəvi dirçəlişinin, milli ruhunun və tarix qarşısında ədalətin bərpasının rəmzidir.
Azərbaycanın igid oğulları və qızları torpaqlarımız uğrunda canlarından keçərək, bizə azadlıq və qürur hissini bəxş etdilər. Hər bir şəhidin qanı bu torpağa müqəddəslik gətirdi, hər bir qazimiz qəhrəmanlıq tariximizin canlı simasına çevrildi.

Bu gün üçrəngli bayrağımız Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və Qarabağın hər guşəsində qürurla dalğalanır.
Bu bayraq minlərlə igidin qanı ilə rənglənmiş, xalqımızın qəlbində əbədi yaşamağa başlamışdır.

Zəfər Günü – xalqımızın birliyinin, dövlətimizin qüdrətinin, ordumuzun yenilməzliyinin simvoludur.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir:
“Qarabağ Azərbaycandır!”

Qoy bu Zəfər nəsillər boyu unudulmasın, şəhidlərimizin ruhu daim ehtiramla anılsın.
Bayrağımız azad torpaqlarımız üzərində əbədi dalğalansın!

Saila Salahova
Politoloq

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir