Oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN məlumat yayıb.

“Telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub”, məlumatda deyilir.

xxxx

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dar ilə telefonla danışıb.525.az-ın məlumatına görə, bu barədə Pakistanın xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Qəzzadakı humanitar böhranı müzakirə ediblər.

Nazirlər, həmçinin ərəb və müsəlman ölkələrinin regionda sülh və sabitliyə köməklə bağlı geniş səyləri, eləcə də Misirin Şarm-əş-Şeyx şəhərində gözlənilən sammit (Qəzza ilə bağlı oktyabrın 14-də keçirilməsi nəzərdə tutulur – red.) barəsində fikir mübadiləsi aparıblar.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir