ABŞ Prezidenti Donald Tramp hökumət fəaliyyətinin dayanması fonunda müdafiə naziri Pit Hegsetə bütün vəsaitləri hərbçilərin maaşına ayırmağı tapşırıb.
Yenifikir.media bildirir ki, “15 oktyabra qədər hərbçilərin maaşları ödənəcək. Lazım olan vəsait tapılıb”, – deyə Tramp “Truth Social” şəbəkəsində yazıb.
Qeyd edək ki, ABŞ-da hökumət 1 oktyabrdan büdcə razılaşmazlığı səbəbindən fəaliyyətini dayandırıb. Bu, Tramp dövründə dördüncü, ölkə tarixində isə 22-ci şatdaundur. Hökumət dayanmasına baxmayaraq, ordunun bəzi nümayəndələrinə konfrans üçün 1 milyon dollar ayrılıb. Tramp isə bu vəziyyəti “kamikadze hücumu” adlandırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

