49 nömrəli “İntellekt” məktəb-liseyində IX A sinif şagirdi Qasımzadə Sərkarın müəllifi olduğu “Normandor və Sehrli Dünya” adlı kitabın təqdimat mərasimi təşkil olunub. Tədbir Kiçik Akademiyanın rəhbəri Əliyeva Şəhla müəllimin təşəbbüsü ilə keçirilib.
Təqdimat zamanı Sərkar kitabın ideyası, süjet xətti və yazılma prosesi barədə iştirakçılara məlumat verib, onların suallarını cavablandırıb. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, həmçinin gənc yazıçının valideynləri və yaxınları iştirak ediblər.
Məktəb rəhbərliyi tərəfindən gənc müəllifə təltifnamə təqdim olunub. Belə təşəbbüslər şagirdlərin yaradıcılıq potensialının üzə çıxarılması və dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edir.





















© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

