“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı 2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3 min 846 məhkum barəsində tətbiq olunub.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 1799-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 1764-ü azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrumetmə, 33 nəfərin isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.

Cəzaçəkmə müəssisələrində cəza çəkənlərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.

Amnistiya tətbiq olunanlardan 367-si böyük ictimai təhlükə törətməyən, 2 min 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.

Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3 min 625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.

Amnistiya aktının icrası davam etdirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir