Bu gün bizim tariximizin ən ağır, amma ən şərəfli günüdür. 27 sentyabr – Azərbaycan əsgərinin illərlə gözlədiyimiz haqq savaşına başladığı gündür. 30 il boyu içimizdə yığılan dərd, nisgil, torpaq həsrəti o gün qələbə arzusuna çevrildi.

O gün Ali Baş Komandan İlham Əliyevin səsi hər evə, hər ürəyə ümid verdi. “Qarabağ Azərbaycandır!” sözləri təkcə bir şüar deyildi, bu, xalqın nəfəsi idi. Hər kəs bildi ki, bu dəfə heç nə yarımçıq qalmayacaq.

Əsgərlərimiz ön cəbhədə can qoyurdu, analar evdə göz yaşı axıdırdı, atalar dua edirdi. Hər kəsin ürəyi bir idi – Qarabağ! Hər şəhidin qanı ilə torpaq dirildi, hər qazi ilə xalqın başı ucaldı.

Biz çox itki verdik, amma həmin itkilər bizi sındırmadı, əksinə, daha da möhkəmləndirdi. Şəhidlərimizin ruhu bizi ayaqda saxladı. Onların qanı bahasına bu torpaqlar azad oldu.

27 sentyabr – bizim birliyimizin, gücümüzün, haqq savaşımızın başlanğıcıdır. Bu gün biz həm ağlayırıq, həm də fəxr edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu xalq onların qəhrəmanlığını heç vaxt unutmayacaq.

Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandanımız!
Yaşasın igid Ordumuz!

Tural Qoca

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir