Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimini təsdiqləyib. Qaydalara görə, gələn il 40 saatlıq iş həftəsində illik iş vaxtı norması 1922 saat olacaq.Təsdiqlənmiş təqvimə əsasən, 2026-cı ildə aşağıdakı tarixlər iş günü hesab edilmir: Yeni il (1–2 yanvar), 20 Yanvar, Qadınlar Günü, Novruz bayramı (20–24 mart), Ramazan bayramı (20–21 mart), Qələbə günü, Qurban bayramı (27–28 may), Müstəqillik Günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Zəfər Günü, Dövlət Bayrağı Günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Beşgünlük iş həftəsində 2026-cı ildə 241 iş günü, 107 istirahət günü və 19 bayram günü olacaq. Bayramqabağı və Hüzn Günü ərəfəsində iş saatı qanun üzrə bir saat azaldılacaq.

Nazirlik bildirir ki, altıgünlük iş həftəsi tətbiq edilən müəssisələrdə də 40 saatlıq iş rejimində çalışan işçilər üçün eyni – 1922 saatlıq illik norma əsas götürüləcək.

2026-cı ilin istehsalat təqvimi və iş vaxtı norması Nazirliyin rəsmi saytında dərc olunub.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir