Kommersiya qurumlarının sayı 7,2 faiz artıb
2026-cı ilin yanvarın 1-nə Azərbaycanda uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı isə 6,6 faiz artıb.Eyni tarixə respublika üzrə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.065 vahid təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 7,2 faiz çoxdur. 2025-ci ildə isə 14.051 yeni kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi isə xarici investisiyalı olub.Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 faiz təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi isə kooperativ və digər formalarda yaradılıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir