NATO-nun Baş katibi Mark Rutte 2026-cı ildə Ankarada keçiriləcək NATO Zirvəsinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür edib.NATO-nun rəsmi açıqlamasında bildirilir ki, zirvə 7-8 iyul 2026-cı il tarixlərində Prezidentlik Kompleksində baş tutacaq.

Baş katib Rutte açıqlamasında qeyd edib: “Türkiyə 70 ildən artıqdır ki, NATO-nun güclü müttəfiqi kimi ortaq təhlükəsizliyimizə ölçüyəgəlməz töhfələr verir. Zirvə çərçivəsində liderlər NATO-nu daha güclü, ədalətli və təsirli bir ittifaq halına gətirmək üçün fəaliyyətlərini davam etdirəcəklər və müttəfiqlərimizlə birlikdə ciddi təhlükəsizlik çağırışlarına cavab verməyə hazır olacaqlar.”

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iyul ayında NATO Zirvəsinin 2026-cı ildə Ankarada keçiriləcəyini açıqlamışdı.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir