2025-ci ildə Azərbaycanda pensiya ödənişlərinə 7 mlrd. 111 mln. manat vəsait ayrılıb ki, bu da əvvəlki ilə nisbətən 9 faiz (616 mln. manat) çoxdur.Keçən ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. Fevralın 1-dən minimum pensiya 14,3 faiz yüksələrək 280 manatdan 320 manata çatdırılıb.
Pensiyaların orta aylıq məbləği də 9 faiz artaraq 543 manat olub. Xüsusilə yaşa görə pensiyaların orta aylıq məbləği 578 manata çatıb.Son bir ildə 41 min, 2019-cu ildən isə ümumilikdə 178 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

