2025-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeli qurumlar tərəfindən vətəndaş müraciətlərinin baxılması və qəbulu sahəsində genişmiqyaslı xidmətlər göstərilib.Nazirliyin məlumatına görə, il ərzində ümumilikdə 1,9 milyon vətəndaşın qəbulu həyata keçirilib. Onlardan təxminən 200 min nəfəri Nazirliyin Aparatı, qurumları və yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1,7 milyon nəfəri isə qəbul otaqlarında və DOST mərkəzlərində qəbul olunub.
Bununla yanaşı, ötən il 2,1 milyon vətəndaş müraciəti cavablandırılıb. Müraciətlərin:
532 mini yazılı və elektron formada,
85 mini sosial şəbəkələr üzərindən,
1,5 milyonu isə “142” Çağrı Mərkəzi vasitəsilə daxil olub.
Daxil olan bütün müraciətlərin qanunvericiliyin tələblərinə uyğun araşdırıldığı, sorğu xarakterli müraciətlər üzrə isə vətəndaşlara ətraflı izahatların verildiyi bildirilib.
Nazirlik vətəndaş məmnunluğunun artırılması və operativ xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

