2025-ci il Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (#AHİİTA) üçün unudulmaz uğurlarla yadda qaldı. Ölkəmizin idman səhnəsində AHİİTA idmançılarının möhtəşəm çıxışları ilə bu il həm daxili, həm də beynəlxalq arenada böyük nəticələr əldə edildi.Beynəlxalq turnirlərdə və Avropa, Dünya çempionatlarında AHİİTA təmsilçiləri 63 qızıl, 30 gümüş və 18 bürünc medal qazandı. Ölkə daxilində isə idmançılar 55 qızıl, 51 gümüş və 73 bürünc medalla fərqləndilər. Nəticədə 2025-ci ildə AHİİTA idmançılarının ümumi medallarının sayı 290-a çatdı: 118 qızıl, 81 gümüş, 91 bürünc.
İdman növlərinə görə nailiyyətlər:

Sərbəst güləş: 88 medal 🥇25 | 🥈27 | 🥉36
Yunan-Roma güləşi: 58 medal 🥇15 | 🥈19 | 🥉24
Bədii gimnastika: 52 medal 🥇38 | 🥈9 | 🥉5
Boks: 36 medal 🥇19 | 🥈9 | 🥉8
Cüdo: 18 medal 🥇11 | 🥈3 | 🥉4
Karate: 15 medal 🥇6 | 🥈4 | 🥉5
Sambo: 12 medal 🥇3 | 🥈5 | 🥉4
Şahmat: 5 medal 🥈3 | 🥉2
Taekvondo: 3 medal 🥈2 | 🥉1
Dama: 3 medal 🥇1 | 🥉2

Bu möhtəşəm nəticələr yalnız idmançıların zəhməti ilə deyil, AHİİTA-nın müasir idman infrastrukturu və şəraiti sayəsində mümkün oldu. 2025-ci ildə #idmanzalı 🏋️‍♂️ ən son standartlara uyğun yenilənib, avadanlıqlar təkmilləşdirilib və idmançılar tam müasir şəraitdə məşqlərini davam etdiriblər.
AHİİTA rəhbərliyi bütün idmançılara, məşqçilərə və dəstək verən hər kəsə təşəkkür edir və qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir