Dekabrın 15-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilən Ekspertlər Şurasının iclasında 29 KOB subyektinin müraciəti nəzərdən keçirilib və 18 sahibkara “Startap” şəhadətnaməsi təqdim edilib.Şəhadətnamə alan layihələr arasında “OpenConnect” MMC-nin startap investor platforması, “LULLA” MMC-nin uşaqlar üçün interaktiv mobil tətbiqi, “İMYEN” MMC-nin tibbi radiologiya sahəsində süni intellekt əsaslı proqram təminatı, “Vebtypely” MMC-nin “no-code” vebsayt platforması və digər 14 layihə yer alır.
Beləliklə, “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin ümumi sayı 238-ə çatıb. Şəhadətnamə sahibkarları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunur.
Mikro və kiçik sahibkarlar layihələrini inkişaf etdirmək üçün hələ də KOBİA-ya müraciət edə bilərlər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

