İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə fəaliyyət göstərən “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə işçi qrup üzvləri, məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib.İclasda cari il ərzində ölkədə biznesə başlama sahəsində görülmüş işlər, hüquqi təşəbbüslər və prosedurların elektronlaşması məsələləri müzakirə olunub. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” qanunlarda dəyişiklik layihələrinin Milli Məclisdə müzakirəyə təqdim edildiyi bildirilib. Bu dəyişikliklər təsis sənədlərinə edilən dəyişikliklərin və müqavilələrin proaktiv qeydiyyatını, eləcə də benefisiar mülkiyyətçilər barədə məlumatların reyestrə daxil edilməsini asanlaşdıracaq.

İclasda həmçinin xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı, elektron apostil və tərcümə proseslərinin distant rəsmiləşdirilməsi, “Konsul leqallaşdırılması” informasiya sisteminin tətbiqi və diplomatik missiyalarla koordinasiya işləri barədə məlumat verilib.

Toplantıda biznesin təsis edilməsi proseslərinin daha da təkmilləşdirilməsi və praktiki məsələlərin müzakirəsi üçün əlavə görüşlərin keçirilməsi təklifi irəli sürülüb.

Qeyd edək ki, “Biznesə daxilolma” İşçi qrupuna rəhbərlik Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir